BaşlıcaSiyasət

Erməni hərbi qulquçuları “Qafqaz-2020” təlimlərinin açılış mərasimində iştirak ediblər

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin “Kapustin yar” poliqonunda sentyabrın 19-da “Qafqaz-2020” komanda-qərargah hərbi təlimlərinin təntənəli açılış mərasimi və iştirakçı ölkələrinin dövlət bayraqlarının qaldırılması mərasimi keçirilib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, ER Silahlı Qüvvələrinin hərbi qulluqçuları da bu mərasimdə iştirak ediblər.

Sentyabrın 21-dən 26-dək keçirilən hərbi təlimlər çərçivəsində terrorizmə qarşı əməliyyatların və birgə hərəkətlərinin keçirilməsi ssenarları olacaq.

“Qafqaz-2020” komanda-qərargah hərbi təlimlərində təxminən 80 min hərbi qulluqçu cəlb olundu.

Rusiyada keçirilən təlimdə 250 tank, 450 zirehli texnika, 200 top və raket atma sistemləri yer alıb.

Daha çox göstər
Back to top button