Başlıcaİctimaiyyət

Paşinyan yüksək texnologiyalar sənayesi barədə

Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi sahəsində işləyənlərin sayı 2020-ci ilin birinci yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13% artmışdır. Bunu ER Baş naziri Nikol Paşinyan bildirdi.

“Bu ilin ilk yarısında yüksək texnologiyalar sənayesində iş yerlərinin sayı 16 442-ə çatdı. Keçən il isə 14 533 idi”ç- deyə Baş nazir öz Facebook səhifəsində yazdı.

Paşinyana görə sahənin dövriyyəsi bu semestrdə 24% artaraq 142 milyon dollardan 176 milyon dollara, bu sahədə fəaliyyət göstərən təşkilatların sayı isə 11 faiz artaraq 1007-dən 1118-ə yüksəlib.

Daha çox göstər
Back to top button