Başlıcaİctimaiyyət

San Fransiskoda erməni məktəbinə atəş açıldı

San Fransiskoda erməni Krouzian-Zekarian-Vasbouragan məktəbinin binasına atəş açıldı. Bu barədə Asbarez qəzeti məlumat yayıb.

Yerli polisdən qəzetə verilən məlumata görə, Şənbə səhəri erməni məktəbinə atəş açıldı. Atəşdən zərər çəkən olmadı. Polis hadisə ilə bağlı araşdırma aparır.

Xatırladaq ki, eyni məktəbə qarşı vandalizm aktı da baş vermişdi. Məktəbin binasına anti-erməni və pro-Azərbaycan yazıları yazılmışdı. Naməlum şəxslər məktəbin divarlarını Azərbaycan bayrağının rənqgləri ilə boyamışdılar.

Polis “nifrət zəmində törədilmiş cinayət” maddəsi ilə iş açıb.

Daha çox göstər
Back to top button