Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirus statistikasında artım müşahidə edilir

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb. 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat verilir.

Azərbaycanda indiyədək ümumilikdə 39686 nəfər koronavirus infeksiyasına yoluxub.

İndiyədək ölkədə ümumilikdə 39 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1 850 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 618, bu günə qədər isə ümumilikdə 1 080 873 test icra olunub.

Öz növbəsində Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Təhsil nazirliyinin rəsmi məlumatına görə sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button