BaşlıcaSiyasət

Avstraliyalı siyasətçi erməni soyqırımını tanımağa çağırdı

Avstiraliyalı siyasətçi Maykl Sukkar Erməni-Avstraliya, Asuriya-Avstraliya və Yunan-Avstraliya İcmalarının Birgə Hüquq Təşəbbüsünə dair açıqlamasında erməni, assuriya və yunan soyqırımlarının milli tanınmasına çağırdı.

2020-ci ilin fevralında Avstraliya Parlament binasında Avstraliyada Erməni Milli Komitəsinin (ANC-AU), Assuriya Universal İttifaqı (AUA) və Avstraliya Yunan Şurası (AHC) arasında memorandumu imzalandı. Memorandumda icma tərəfindən ermənilər, assuriyalılar və yunanlarınsoyqırımının tanınması prioritet olaraq elan olundu.

“İnfoteka.24” yazır ki, Livan kökləri olan Melburnun federal nümayəndəsi, Erməni Soyqırımının inkar edilməsini tənqid etdi:

“Heç bir iqtisadi nəticə və heç bir diplomatiya, Avstraliyalılar kimi ləyaqətli davranmağımıza və soyqırımı olduğu kimi tanımağımıza mane olmamalıdır”,- deyə Sukakr qeyd etdi.

O deyib ki, bu halda Avstraliya xalqının parlamenti tam dəstəklədiyini bilir.

Avstraliyanın Erməni Milli Komitəsinin nümayəndəsi Hayk Kayseryan, bu vacib dəstəyi və inamı üçün Mikayel Sukkara təşəkkür etdi.

Daha çox göstər
Back to top button