Başlıcaİctimaiyyət

Azərbaycanlılar, gənc Heydərin hamı ilə bərabər şəkildə səfərbər edilməsini tələb edirlər

Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması sosial şəbəkələrdə bir sıra müzakirələrə yol açıb.

Facebook-da Hamam Times sahifəsinin yaydığı paylaşımı təqdim edirik.

“Bildiyiniz kimi ölkədə səfərbərlik elan edilib və minlərlə gənc təlimlərə aparılıb. Səfərbərlik haqqında qanunda da göstərildiyi kimi təlimlərə yeni hərbi xidmətdən buraxılanlar çağırılır.

Təklif edirik ki, yenicə hərbi xidmətdən buraxılmış prezidentin oğlu Heydər Əliyev də digər sadə vətəndaşlar kimi hərbi təlimlərə cəlb edilsin”.

Paylaşımın Like sayısına görə, xalq bu fikirlə razıdır.

Qeyd edək ki, sosial şəbəkələrdə insanlar şikayət edirlər ki, toplanışlara məmurların oğullarını deyil, yalnız adi vətəndaşları çağırırlar.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button