BaşlıcaSiyasət

Ermənistan hakimlərin əxlaqını və əmlakını yoxlamaq üçün 9 milyon avro alacaq

Proqramın icrası nəticəsində 2023-cü ildə Ermənistanın məhkəmə sistemi korrupsiyadan azad olmalıdır. “Sputnik Armeniya”nın verdiyi məlumata görə,. Avropa Komissiyası Ermənistanın məhkəmə sistemindəki islahatları dəstəkləyəcək.

Ermənistan hökuməti ilə imzalanan maliyyə sazişinə görə, Avropa Komissiyası ölkəmizə 30 milyon avro qrant vəd edir.

 Bu haqda ER Baş nazirinin müavini Mher Grigoryan, ER Hökümətinin iclasında müqavilə layihəsinin təqdimatı zamanı məlumatlandırıb.

“27 milyon avro birbaşa büdcə dəstəyi şəklində, qalan 3 milyon isə texniki yardım şəklində veriləcək”- deyə Mher Grigoryan  qeyd edib.

Proqramın həyata keçirilməsi üçün məhkəmə islahatı və korrupsiyaya qarşı mübarizə proqramlarına uyğun olaraq 2 illik müddət nəzərdə tutulur.

Ədliyyə naziri Rustəm Badasyan proqramın icrası nəticəsində 2023-cü ildə məhkəmə sisteminin korrupsiyadan azad olmasına aydınlıq gətirdi.

“Hər il üçün 9 milyon avro ayrılması  nəzərdə tutulub, məsləhət xidmətlərinə görə 30 milyon avrodan 3 milyon avro ayrılacaq.Hakimlərin əxlaqını və mülkiyyət vəziyyətini yoxlamaq üçün bu il ilk 9 milyon avronun alınması gözlənilir”- deyərək  Babasyan  qeyd edib.

O əlavə edib ki, Korrupsiyanın qarşısının alınması Komissiyası artıq Konstitusiya Məhkəməsi və BDK üzvlərinin əxlaqını və əmlak vəziyyətini yoxlayır.

Məsələnin müzakirəsi nəticəsində ER Baş n aziri Nikol Paşinyan AB-nin Ermənistanın demokratik islahatlar yolunda əsas tərəfdaşı olduğunu vurğuladı.

Prezident hakimlərin  “vertinqi” haqqında mübahisəli qanunu imzalayıbdır. Mətn https://m.armeniasputnik.am/ məxsusdur.

Daha çox göstər
Back to top button