BaşlıcaMədəniyyət

Ermənistan Respublikasının Prezidentinin iqamətgahında 18-ci əsrə aid əsərlər nümayiş olunacaq

Ermənistan Respublikasının Prezidentinin iqamətgahında 18-ci əsrə aid olan İtalyan rəsmləri nümayiş etdiriləcəkdir.

Bu barədə ER Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib. Qeyd olunur ki, bunlar arasında məşhur İtalyan rəssamların Covanni Antonio Kanalento, Bernardo Beloto, Françesko Gvardi və Mikeleele Marieskiyə məxsus olan misilsiz əsərləri yer alır.

Sərgi Ermənistan və İtaliya Prezidentlərinin dəstəyi ilə açılıb.

Armen Sarqsyan öz çıxışında qeyd etdi ki, bu, Ermənistan və İtaliya xalqaları yaxın dostluğunun və isti münasibətlərin bir sübutudur.

“Bu sərgi ikitərəflidir, çünki razılığa görə, İtaliyada sərgimiz olacaq, rəsmlər İtaliyanın Prezident Sarayında nümayiş olunacaq. İtaliyaya planlaşdırılan dövlət səfəri zamanı özümlə ən böyük ustalarımızın ona qədər əsərini götürməyi planlaşdırıram”,- deyə Prezident vurğuladı.

Tədbirdə İtaliyanın Ermənistandakı səfiri Viçentso del Monako da iştirak etdi. n

Səfir bildirdi ki, seçilən əsərlər təsadüfi deyildir, bunların hamısının aydın mənası var.

“Dörd əsərləri 18-ci əsri təqdim edirlər, bu isə Ermənistan-İtaliya ikitərəfli münasibətlər üçün müstəsna bir dövr idi”,- deyə səfir vurğuladı.

Daha çox göstər
Back to top button