BaşlıcaSiyasət

Parvanyan, erməni-rus hərbi təlimləri haqqında: “Bu heç kimə istiqamətlənmiş mesaj deyil”

Erməni hərbçilər, sərhədçilər və Rusiya hərbi bazasının hərbçiləri “Qafqaz-2020” strateji hərbi təlimlərinin taktiki əməliyyatlarında iştirak etdilər.

“SputnikArmeniya”nın verdiyi məlumata görə Ermənistan-Rusiya ortaq hərbi qrupunun hərbi təliminin məqsədi birləşmiş hərbi komandanlıq altında fəaliyyət göstərməkdir.  

Bu haqda ortaq hərbi qrupun komandiri general-mayor Tiqran Parvanyan Ermənistanın “Alagyaz” hərbi poliqonunda keçirilən “Qafqaz-2020” hərbi təlimlərinin praktiki mərhələsini şərh edərkən məlumatlandırıb.

“Sərhədçilər erməni-rus qrupunun hərbi təlimlərinə  birləşib.Atışma mərhələsi bu gün başa çatıb, sabah da atış edəcəklər və faktiki hərbi təlimlər sentyabrın 26-dək davam edəcək”- deyərək o qeyd edib.

Senariyə görə, düşmən sərhədi pozaraq Ermənistan ərazisinə soxulub. Erməni-rus hərbi qrupu düşməni geri tullayıb və dövlət sərhədinə nəzarəti əlinə alıb.

Hərbi təlimlərdə təxminən 1,5 min hərbçi iştirak edib, 300 vahidədək texnika (əsasən zirehli texnika) istifadə edilib.

“Fərqli ordu korpuslarından ibarət erməni hərbi birləşmələri, sərhəd gözətçiləri və 102-ci Rusiya bazasının alt bölmələri iştirak edib”-deyərək Parvanyan bildirib.

Təlimlər ərzində bu anda səsləndirilməyən yeni elementlər  oynanılıb.

General-leytenant hərbi təlimlərdən razıdır. “Ümumi hərbi təlimləri bitirdikdə,  təriflər ediləcək  müvafiq adamlar olacaq. İnsanları layiqincə dəyərləndirmək üçün komandirlərin hesablarını gözləyirəm.Gözə çarpanlar, kim necə aktivlik nümayiş edib, özlərinə layiqli şəkildə qiymətləndiriləcək”-deyərək o qeyd edib.

Birgə hərbi təlimlərin keçirilməsinin mümkünlüyündən danışan Parvanyan, Ermənistan-Rusiya hərbçilərinin və sərhədçilərinin düşmənlə səmərəli mübarizə aparmaq üçün ortaq komandanlıq altında hərəkət edə bilmələri lazım olduğu fikrini bildirdi.

“Mən o həmahəngliyi görürəm”-deyərək o qeyd edib.

Parvanyana görə, əlbəttə çatışmazlıqlar oldu.”Nöqsansız  iş olmur ancaq bu çatışmazlıqlar o qədər cüzidir ki, bu gün hərbi tapşırığımızı yerinə yetirdiyimizi  deyə bilərəm.Ancaq təyin olunmuş  tapşırığın yerinə yetirilməsinə mane olmadılar”-deyərək  general-leytenant əlavə edib.

Təlimlərin kiməsə bir mesaj olub-olmadığı sualına Parvanyan mənfi cavab verdi.

“Bu, ilin əvvəlində Cənub Hərbi Dairəsi ilə birlikdə hazırladığımız döyüş proqramımızın həyata keçirilməsidir. Həmin proqrama görə irəliliyə  hərəkət edirik.. Aprel ayında da belə bir tədbir keçirməliydik, amma etmədik .

Oxşar tədbirlər  ildə iki-üç dəfə keçiriləcək. Bu ilk dəfə deyil və heç kimə  istiqamətlənmiş mesaj deyil. Biz öz işimizi  görürük”- deyərək Parvanyan qeyd edib.

“Qafqaz-2020” hərbi təlimləri  sentyabrın 21-26-a kimi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun rəhbərliyi ilə Qara və  Xəzər dənizlərində keçirilir.

Təlimdə “Rosgvardia” Fövqəladə Hallar nazirliyinin əməkdaşları, eləcə də Ermənistan, Belarusiya, İran, Çin, Myanma və Pakistandan 1000-ə yaxın hərbçi daxil olmaqla təxminən 80 min nəfər iştirak edir.

Daha çox göstər
Back to top button