BaşlıcaSiyasət

Azərbaycan hökuməti demək olar ki, bütün sosial şəbəkələri bloklayıb

Azərbaycan hökuməti demək olar ki, bütün sosial şəbəkələri bloklayıb. Bu barədə ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Azərbaycan hakimiyyəti açıqlayıb ki, sosial şəbəkələrin bloklanması “Ermənistan tərəfindən genişmiqyaslı təxribatların qarşısının alınması” ilə şərtləndirilir.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək. Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik”-deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda sosial şəbəkə istifadəçiləri səhər tezdən Facebook, Youtube, Whatsapp, TikTok sosial şəbəkə platformalarının işləməməsindən şikayətlənirlər.

Daha çox göstər
Back to top button