BaşlıcaSiyasət

Erməni sülhməramlıları Əfqanıstandan qayıtdılar

2010-cu ildən bəri, erməni sülhməramlıları Əfqanıstanın paytaxtı Kabildə, həmçinin Kunduz və Məzari-Şərif şəhərlərindəki hərbi bazalarda xidmət edib.

“Sputnik Armeniya”-nın verdiyi məlumata görə, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım qüvvələrinin tərkibində sülhməramlı missiyasında olan erməni hərbçilərin növbəti qrupu  vətənə döndü. Bu haqda ER Müdafiə nazirliyinin mətbuat xidməti məlumatlandırıb.

“Podpolkovnik-leytenant Tadevosyanın   rəhbərliyi altında missiyasını yerinə yetirən sülhməramlılar yüksək hazırlıq və nizam-intizam nümayiş etdirdi və komandanlıq tərəfindən tərifləndirildiyi deyilir”-deyərək  məlumatda qeyd olunub.

Qeyd edək ki, avqustun 15-də  növbəti sülhməramlı briqadanın Əfqanıstana  gedəcəyi barədə məlumatlandırmışdırq.

Xatırladaq ki, keçən ilin noyabrında ER Müdafiə naziri David Tonoyan Əfqanıstana getmişdi.

ER Silahlı qüvvələri 2004-cü ildən bəri beynəlxalq sülhməramlı missiya həyata keçirir. Erməni sülhməramlılarının 34 nəfərlik kontingenti 2006-cı ilin fevralında Yunanıstan  bölməsinin bir hissəsi olaraq sülhməramlı missiyasını yerinə yetirmək üçün Kosovoya yola düşdü.

2010-cu ilin fevralından etibarənER  Silahlı Qüvvələrinin sülhməramlı bölməsi (bir tağım) Almaniya Federativ Respublikasının komandanlığıı altında Beynəlxalq Təhlükəsizliyə Yardım qüvvələrinin (ISAF) Şimali Komandanlığına daxil edildi və Kunduz hava limanının təhlükəsizliyində iştirak etdi .

2010-cu ildən bəri erməni sülhməramlıları Əfqanıstanın paytaxtı Kabildə, Kunduzda, eləcə də Məzari-Şərif şəhərindəki hərbi bazalarda xidmətetməkdədir.

Daha çox göstər
Back to top button