ArtsaxBaşlıcaİdman

Masis Mailyan: “Artsax Respublikasının beynəlxalq səviyyədə tanınması təmkinli bir addım ola bilər”

Mailyanın sözlərincə, Türkiyənin ATƏT-in Minsk qrupunda iştirakı dəfələrlə  şübhə altına alınıb.Çünki vasitəçi qrupa bitərəf mövqe tutan ölkələrin daxil olması lazım olduğu, Türkiyənin mövqeyinin isə birtərəfli olduğu bildirilib.

Artsax Respublikasının beynəlxalq səviyyədə tanınması bir məhdudlaşdırıcı addım ola bilər ki, bu da Azərbaycan tərəfinin başladığı təcavüzə adekvat cavab olacaqdır.

Belə bir fikri Artsax Müdafiə Nazirliyinin məlumat qərargahında keçirilən brifinq zamanı Artsax Respublikasının Xarici işlər naziri Masis Mailyan bildirib.

O,Artsax Xarici işlər nazirliyinin beynəlxalq tərəfdaşlarla aktiv təmasda olduğunu, beləliklə təcavüzü ortaya qoyan fərqli strukturlar üçün faktın açıq olduğunu bildirdi.

Bu gün demək olar ki, bütün beynəlxalq strukturların deyil, müxtəlif ölkələrin liderlərinin və Xarici işlər nazirliklərinin nümayəndələrinin də münaqişənin kəskinləşməsiylə bağlı açıqlamalar verdiyini xatırladıb.

“Bütün çağırışlar barışıq üçündürvə sülhün bərqərar olmasına yönəldilib. Azərbaycanın xeyrinə aqressiv, birtərəfli açıqlamalar verən Türkiyəni ayrıca qeyd edə bilərik”-deyən Mailyan, beynəlxalq ictimaiyyətin yalnız Azərbaycanı deyil, həm də Türkiyəni məhdudlaşdırması lazım olduğunu  dedi.

Mailyan, bu anda Müdafiə Ordusunun iki ölkəyə qarşı döyüşdüyünü vurğulayaraq xatırlatdı ki, Türkiyənin ATƏT MQ tərkibində iştirakı dəfələrlə şübhə altına alınıb. Çünki  ehtimal olunur ki, vasitəçi rolunda olan qrupda  gərək bitərəf mövqeyi olan ölkələr olsun,halbuki  Türkiyənin mövqeyi birtərəflidir.

Mailyanın sözlərincə hazırda önəmli məsələ  hərbi əməliyyatların dayandırılmasıdır, bundan sonra yalnız Azərbaycan müzakirələr masasına  qaytarılmalıdır. Bu cür təcavüzkar davranış hər dəfə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə zərər toxundurur.

Artsax Xarici işlər nazirinin sözlərinə görə, siyasi məsələlər zorla deyil, siyasi yollarla həll olunur: bu dərrakədir ki, o da Azərbaycan rəhbərliyinə çatdırılmalıdır.

Daha çox göstər
Back to top button