BaşlıcaSiyasət

Nikol Paşinyan BMT Baş Assambleyasında Azərbaycanın hərbi nəfəsli addımlarından danışıb

Ermənistanın Baş naziri bəyan etdi ki, Azərbaycan hakimiyyəti münaqişəni  ardıcıllıqla öz hakimiyyətini uzatmağı qanuniləşdirmək naminə istifadə edir.

“SputnikArmeniya”nın verdiyi məlumata əsasən,  ER Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələri zamanı çıxışı az öncə başa çatdı.

 Paşinyan çıxışında Azərbaycanın  hərbi çağırışlı siyasətindən, bölgədəki sülh və təhlükəsizliyi pozmaq cəhdlərindən danışıb. Xüsusilə, Azərbaycanın Tavuş bölgəsinə hücuma başladığı İyul hadisələrinə də  toxunub..

“Ermənistan gərginliyi dərhal azaltmağa çağırdı, hərbi əməliyyatların başlanmasından bir neçə saat sonra dayandırılmasına razılıq verdi.Bununla belə, Azərbaycan mülki şəxsləri, infrastrukturu hədəfə almağı davam etdi” – deyərək  Paşinyan qeyd edib.

Bundan sonra Azərbaycan hakimiyyətinin sivil fikirlərin mümkün olan bütün sərhədlərini aşaraq döyüşkən ritorikasını gücləndirdiyini vurğuladı.

Azərbaycanın Ermənistanın Atom eenerji  stansiyasına zərbə vurmaq təhdidini xatırladaraq bunun”nüvə terrorizmi” təhlükəsinə bərabər olduğunu vurğuladı. Paşinyan, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin müstəsna şəkildə sülh yolu ilə həllinə sadiq olduğunu bir daha təsdiqlədiyini söylədi.

 Paşinyan Qarabağ tərəfinin danışıqlarda iştirakının vacibliyini vurğulayaraq, “Dağlıq Qarabağ xalqı öz statuslarını məhdudlaşdırmadan müəyyənləşdirməlidir”- dedi.

“Azərbaycan hakimiyyəti

 Öz hakimiyyətini davamlı olaraq uzatmağı qanuniləşdirmək  naminə  münaqişədən istifadə edir.

On illərdir ki, Ermənistan  və ermənilər Azərbaycan rəhbərliyi tərəfindən daima düşmən obrazında  nəzərdə tutulub,ölkələrində aşağı yaşayış səviyyəsinə yaşamışlar. Azərbaycanda Demokratiyanın istisna olması insan hüquqları pozuntuların  bunun geniş vüsət  alması baş alıb gedir-deyərək Nikol Paşinyan qeyd edib.

ER Baş naziri atəşkəsin yerində konkret hərəkətlərlə gücləndirilməli olduğunu vurğuladı. Bu, döyüşkən ritorikadan, nifrət nitqindən imtina etmək, sərhəddə ATƏT-in müşahidə missiyasını genişləndirmək deməkdir.

 Onun sözlərinə görə, atəşkəs pozuntularını araşdırmaq üçün mexanizmlərin yaradılması, yerli komandirlər arasında birbaşa əlaqə xətlərinin yaradılması son dərəcə vacibdir.

Qeyd edək ki, BMT  tarixində görüş formatsız keçirilir.

Daha çox göstər
Back to top button