BaşlıcaSiyasət

Kreml Türkiyəni və digər ölkələri Dağlıq Qarabağ münaqişəsini alovlandırmamağa çağırır

Rusiya Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə təhlil edir, Yerevan, Bakı və Ankara ilə təmasdadır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya tərəfi Yerevan, Bakı və Ankara ilə müxtəlif səviyyələrdə daim əlaqə saxlayır. Təmas xəttində baş verənlər barədə bütün məlumatları toplayırıq”, – deyə Peskov vurğulayıb.

Peskov həmçinin qeyd edib ki, Kreml Türkiyəni və digər ölkələri Dağlıq Qarabağ münaqişəsini alovlandırmamağa çağırır.

Daha çox göstər
Back to top button