ArtsaxBaşlıcaSiyasət

Türkiyə qoşunlarını Naxçıvana aparmaq üçün bəhanə axtarır. Nikol Paşinyan

Türkiyə qoşunlarını Naxçıvana aparmaq üçün bəhanə axtarır. Bunu “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında ER Baş naziri Nikol Paşinyan bildirdi.

“Bu hərbi əməliyyatlarda çox vacib bir şey var- Türkiyə bu prosesə cəlb olunub. Əldə etdiyimiz məlumatlara görə, Naxçıvanda artıq Türkiyə ordusunun bir necə bölmələri var, bundan başqa avqust

ayında Türkiyə və Azərbaycan birgə təlimləri keçiriblər. Bu müharibə təlimlərin davamı kimi başladı”,- deyə Nikol Paşinyan qeyd etdi.

Paşinyan onu da qeyd etdi ki, türklərAzərbaycan tərəfində döyüşlərdə iştirak etmək üçün Suriyada muzdluları gətirir.

ER Baş naziri bildirdi ki, Azərbaycan əhali və muzdlular arasında artıq toqquşmalar baş verdiyinə dair xəbərlər də bunun sübutudur.

Münaqişəyə Türkiyənin cəlb olunmasında toxunan Öaşinyan xatırladı ki, 20-ci əsrin əvvələrində Osmanlı Türkiyədə ermənilərə qarşı soyqırım törədilib.

“Həm Ermənistan, həm də Dağlıq Qarabağdakı ermənilər Türkiyənin birbaşa təhlükə altındadır. Bu, erməni xalqına qarşı müharibədir”,- deyə Nikol Paşinyan vurğuladı.

Daha çox göstər
Back to top button