ArtsaxBaşlıca

Artsaxda hər iki istiqamətdə Türk F-16 təyyarələri istifadə edilmişdir

Artsaxda aparılan  döyüşlərdə Müdafiə Ordusu bir sıra istiqamətlərdə nəzərəçarpan uğurlar  qeyd edib.

“SputnikArmeniya”nın verdiyi  məlumata görə,DQR Müdafiə nazirliyi, bu gün düşmənin yenidən Şimal-Şərqdə, daha sonra Cənub istiqamətində Türk F-16 çoxfunksiyalı təyyarələrindən istifadə etdiyini qeyd edib.

“Hazırkı vəziyyətdə bütün döyüş  sərhəd boyunca gərgin döyüşlər davam edir. Müdafiə Ordusu bir sıra sahələrdə nəzərəçarpacaq uğurlara imza atdı”-deyərək  məlumatda  qeyd olunur.

 Düşmənin insan və hərbi-texniki itkiləri  getdikcə artmaqdadır.

Xatırladaq ki, dünən Türk F-16 qırıcısı Vardenis ərazisindəki ER Hava Qüvvələrinin SU-25 hücumçusunu vurmuşdur, nəticədə pilot Valeri Danelin  həlak olub.

ER Müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan bu gün jurnalistlərə açıqlamasında Ermənistanda türk təyyarəsinin  işə qoyulması ilə bağlı faktların olduğunu söylədi.

Bu faktlar  beynəlxalq müvafiq qurumlara təqdim olunacaq. İnternetdə türk  F-16 qırıcısı tərəfindən vurulan erməni SU-25-in fotoları yayılıb

Daha çox göstər
Back to top button