ArtsaxBaşlıcaSiyasət

Artsaxın Xarici İşlər Nazirliyi: “Türkiyə ATƏT Minsk qrupunun tərkibindən istisna olunmalıdır”

Artsax Respublikasının Xarici İşlər Nazirliyi Artsax sərhədində baş verən hadisələrlə bağlı bəyanat verib.

Bəyanatda qeyd olunur ki, Türkiyə uzun müddətdir ki, Cənubi Qafqazda öz qeyri-konstruktiv siyasət gündəmini inkişaf etdirmək üçün Azərbaycan-Qarabağ münaqişəsindən istifadə edir və birbaşa Azərbaycanı dəstəkləyir.
“Əgər əvvəllərdə Türkiyə Azərbaycanın hərəkətlərinə rəhbərlik edən kölgə kukla kimi idi, indi Ankara Azərbaycan hakimiyyətinin Artsax xalqına qarşı beynəlxalq qanunsuz hərəkətlərində birbaşa iştirak edir və Bakının cinayətkar hərəkətlərini təşviq edir, hərbi-siyasi və informasiya baxımdan dəstəkləyir, PUA-lar və reaktiv yayım atəş sistemiləri və digər silahları verir. Azərbaycana hərbi ekspertlər, Artsax Respublikasına qarşı müharibədə iştirak etmək üçün muzdlular göndərir.

Ermənistan Respubliaksının hava məkanında Türkiyəyə məxsus olan F-16 qırıcı təyyarəsi tərəfindən təyyəraimizin vurulması da bunun sübutudur.
Türkiyə rəhbərliyinin imperatorluğun xəyal xatirələrinə əsaslanan ambisiyaları fonunda Türkiyənin regional rolunun təhlükə dərəcəsi artmaqdadır. 1915-ci ildə 20-ci əsrin ilk soyqırımı törədilib.

Türkiyənın indiki hakimiyyəti imperatorluqdan yalnız siyasətlərini deyil, həm də cinayət metodlarını və həyata keçirmə vasitələrini də miras qalıb.
Maraqlıdır ki, Azərbaycan-Qarabağ münaqişəsi 1918-ci ildə, məhz Cənubi Qafqazda türk qoşunlarının hərbi müdaxiləsi nəticəsində olub.
Türk qoşunları 1915-ci ilin Erməni soyqırımını davam etdirərək, 1918-ci ildə Artsaxda Şuşi əhalisinə qarşı qırğın törəediblər. Lakin Türkiyənin bütün cəhdləri uğursuz idi.

Azərbaycan tərəfinin Artsax xalqına qarşı törətdiyi cinayətlərdə Türkiyənin rolu böyükdür və buna dair çox sübutlar var. Ankara sadəcə Azərbaycan əlləri ilə cinayətləri törətməklə məhdüdlaşdırmır, həm də cinayətkar əməliyyatlarının hazırlıq mərhələsində iştirak edir, icra müddətinə rəhbərlik edir.

Türkiyə rəhbərliyinin bu mövqeyi cinayətkar davranışının ayrılmaz hissəsidir və bu göstərir ki, onlar sistemli addımlar və işğalçı proqramlarının həyata keçirilməsi ilə ümumi məqsədlərinə çatdırmaq istəyirlər və bu barədə Türkiyə-Azərbaycan razılığı var.

Beynəlxalq ictimaiyyət bilməlidir ki, bölgədəki sülh və təhlükəsizliyin pozulmasına görə bütün məsuliyyəti Türkiyə və Azərbaycan üzərinə düşəcək və hər ikisi də BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququn pozulmasına görə eyni dərəcədə cavabdeh olmalıdır.
Bütün bu əməliyyətlərdən sonra Türkiyə ATƏT-in Minsk qrupunun üzvü sayıla bilməz və heç bir şəkildə ATƏT-in Azərbaycan-Qarabağ münaqişəsinin həlli çərçivəsində vasitəçilik missiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyətlərdə iştirak edə bilməz.

Türkiyə ATƏT-in Minsk qrupundan istisna edilməlidir, çünki beynəlxalq vasitəçilik quruluşunda onun mövcudluğu Artsax Respublikasına qarşı müharibə başlatma və cinayətkar hərəkətlərin təşviq etmək anlamına gələcək.

Biz yenə də vurğulayırıq ki, Azərbaycanın, Türkiyənin rəhbərliyi altında beynəlxalq birliyin hərbi əməliyyatları dərhal dayandırmaq çağırışlarına məhəl qoymur və Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını rədd edir, bu vəziyyətdə isə Artsax Respublikasının beynəlxalq tanınması dünya ictimaiyyətinin bölgədə sülh və təhlükəsizliyin bərpa olmasına, habelə danışıqlar yolu ilə bütün digər məsələlərin həllinə şərait yaradılmasına kollektiv qatqısı olacaqdır.

Bundan başqa, hüquq əsasları və Artsax xalqına öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsinin qanuni nəticələrinin tanınması Artsax Respublikasına qarşı Türkiyə-Azərbaycan soyqırım siyasətinin qarşısını almaq üçün təsirli bir amil olacaq. Bu soyqırım siyasətindən nə Ankara, nə də Bakı imtina etmək niyyətində deyildirlər.

Hesab edirik ki, Arstax Respubliaksının beynəlxalq tanınması ilk növbədə 1915-1923-c illərdə Ermənilərə qarşı törədilən soyqırımını tanıyan və qınayan ölkələri daxil olmaqla, sivil dünyanın siyasi və humanitar öhdəliklərinə tam uyğundur”,- deyə bəyanatda qeyd olunur.

Daha çox göstər
Back to top button