BaşlıcaSiyasət

Azərbaycan tərəfi daha böyük çaplı raket sistemindən istifadə edərsə, Ermənistan tərəfinin cavabı kəskin və dağıdıcı olacaqdır

Ermənistan Respublikası Müdafiə nazirliyi rəsmi olaraq bildirir ki, bu gün erməni tərəfinin Toçka-U raket sistemindən istifadə etdiyi barədə Azərbaycan mediası tərəfindən aktiv  şəkildə yayılan məlumatlar açıq-aşkar yalandır  və əsla həqiqətə uyğun  deyil.

Bu haqda  Müdafiə nazirinin mətbuat  katibi Şuşan Stepanyan öz Facebook səhifəsində yazıb.

“Eyni zamanda,  kəskin şəkildə xəbərdar edirik ki, Azərbaycan tərəfi bu dezinformasiyanı cavab zərbəsi bəhanəsi ilə istifadə etmək, oxşar və ya daha böyük çaplı və uzaq mənzilli raket sistemindən istifadə etmək niyyətindədirsə, erməni tərəfinin cavabı ani, güclü, sərt  və son dərəcə dağıdıcı olacaqdır”-deyrək Stepanyan qeyd edib.

Daha çox göstər
Back to top button