BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan bilir: Gürcüstan hərbi tranzitin qadağan olunmasına münasibət bildirib

Gürcüstan Ermənistan və Azərbaycan silahlı qüvvələri üçün yüklərin ərazisindən keçməsinə icazə verməyib.

“Sputnik Armeniya”-nın verdiyi məlumata görə, Gürcüstan ərazisi heç bir ölkənin hərbi ehtiyacları üçün istifadə olunmayacaq, Ermənistan və Azərbaycan bunun fərqindədir.

Gürcüstan Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İrakli Sesiaşvili Gürcüstanın 1-ci kanalı ilə söhbətində belə bir açıqlama verib.

“Söz  Gürcüstan ərazisini   hər hansı bir ölkənin hərbi ehtiyacları üçün istifadə etmək barədədir. Biz buna  sərtliklə “yox” deyirik.

 Bu haqda  bizim qonşularımız bilir və bizim mövqeyimizə  ehtiramla yanaşır”-deyərək  Sesiaşvili qeyd edib.

Ermənistanla Azərbaycan arasında baş verənlərin ardıcıllıqla Gürcüstanın  izlədiyini  və  istənilən senariyə hazır olduğunu vurğulayıb.. Sesiashvili Tbilisinin  tərəfləri atəşkəsə çağırdığını bəyan edib.

Onun sözlərinə görə, bölgədə sülh və sabitliyin bərqərar olması Gürcüstanın maraqlarından  doğur..

Daha çox göstər
Back to top button