BaşlıcaSiyasət

Artsaxa qarşı bu təcavüz dərhal dayandırılmalıdır. ER XİN Trump-Putin-Makron birgə çağırışına reaksiya verib

ER XIN bəyanat yayaraq ATƏT Minsk qrupu həmsədr ölkələrinin rəhbərlərinin etdiyi birgə bəyatana toxunub.  XİN bəyanatında deyilir:

“Biz ATƏT Minsk qrupunun həmsədrlərinin, liderlik səviyyəsində, Dağlıq Qarabağ münaqişəsi zonasında güc tətbiq edilməsini kəskin şəkildə pislədiklərini alqışlayırıq.

Ermənistan davamlı olaraq Azərbaycanın güc və ya güc təhdidinin tədbiqi və Türkiyənin Ermənistana və Artsaxa qarşı hərbi əməliyyatlarda birbaşa iştirakını rədd etmiş və qınamışdır. Azərbaycan və Türkiyənin birgə təcavüzkar hərəkətləri və xarici terrorçuların cəlb edilməsi regional təhlükəsizliyi və sülhü pozur, genişmiqyaslı müharibə riskini əhəmiyyətli dərəcədə artırır.

Artsaxa qarşı təcavüz dərhal dayandırılmalıdır.

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır. Artsaxa qarşı bu təcavüzə qətiyyətlə qarşı çıxmağa davam edəcəyik, eyni zamanda 1994-1995-ci illərdəkı razılaşmalara əsasən atəşkəsi bərpa etmək istiqamətində  ATƏT-in Minsk Qrupu həmsədr ölkələriylə işləmək üçün hazır olacağıq”.

Daha çox göstər
Back to top button