BaşlıcaSiyasət

Azərbaycan, beynəlxalq cəmiyyətin çağırışlarına vəziyyəti kəskinləşdirməklə cavab verir: ER XİN

Ermənistan Respublikası Xarici İşlər Nazirliyi, Ermənistan Respublikası ərazisindəki dinc yaşayış məntəqələrinin Azərbaycan tərəfindən hədəf alınması ilə bağlı açıqlama yayıb.

“Oktyabrın 1-də Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının Geğarkunik  bölgəsinin Şatvan kəndi istiqamətində artileriyadan istifadə edib, eləcə də zərbə PUA-dan Mets Masrik yşayış məntəqəsi istiqamətinə zərbə endirib, nəticədə  1967-ci il təvəllüdlü Gevorg Vardanyan ölüb, iki mülki şəxs müxtəlif dərəcədə yaralanıb.  Daha sonra düşmənin PUA-ları  Ermənistan Respublikasının hava məkanına girib və Ermənistan Respublikasının paytaxtı Yerevan yaxınlığında kəşfiyyat uçuşları həyata keçirib. Bütün PUA-lar hava hücumundan məhv olunub. Diqqətəlayiqdir ki, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin liderlərinin bəyanatından bir neçə saat sonra Azərbaycan hərbi əməliyyatları daha da kəskinləşdirir.

Ermənistan Respublikası Azərbaycanın bu hərəkətlərini qətiyyətlə pisləyir və bunları münaqişəni daha da gərginləşdirmək üçün addım kimi qiymətləndirir. Türkiyənin təhriki və birbaşa dəstəyiylə regional təhlükəsizliyi pozmaq cəhdini beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrlərinin barışıq səylərinə cavab olaraq qiymətləndiririk. Münaqişənin daha da kəskinləşməsinə görə bütün məsuliyyət Azərbaycan və Türkiyənin hərbi-siyasi rəhbərliyinə düşür”- deyə mesajda qeyd edirilir.

Daha çox göstər
Back to top button