BaşlıcaSiyasət

Emanuel Makron:“Türkiyə artıq qırmızı xətti keçib”

300-dən çox Suriyalı islamçı Türkiyənin Qaziantep yolu ilə Dağlıq Qarabağ münaqişəsi zonasına ötürülüb. Fransa bunun  sübut olunmuş bir həqiqət olduğunu təsdiqləyir və Rusiyada bu məlumatlar var. Bu barədə Fransa Prezidenti Emanuel Macron, AB sammitinin ilk günündən sonra keçirdiyi brifinqdə məlumat verib.

TASS xəbər verir ki, Makron Fransanın Qarabağdakı vəziyyətlə əlaqədar ATƏT-in Minsk Qrupu həmsədrləri, Rusiya və ABŞ ilə sıx təmasda olduğunu və onlarla barışıq qurmaq üçün çalışdığını əlavə edib.

Deyə bilərəm ki, əvvəllər Hələb bölgəsindən təxliyə edilmiş 300-dən çox Suriyalı islamçı yaraqlı Türkiyənin Qaziantep yolu ilə (Türkiyənin dəstəklədiyi Azərbaycan tərəfindən hərbi əməliyyatlarda iştirak etmək üçün) Dağlıq Qarabağ münaqişəsi zonasına  ötürülüb. Bu təsdiqləndi.

 Faktiki olaraq bunların  şəxsiyyətləri dəqiqləşdirilib, hamısı “İslam dövləti” terror təşkilatı ilə əlaqəlidir. Prezident Vladimir Putinlə müzakirə etdim və o, Rusiyanın da bu məlumata sahib olduğunu təsdiqlədi”-deyərək Makron qeyd edib.

“Türkiyənin davranışı NATO-ya  üzv bir dövlət üçün uyğun deyil, bu cür hərəkətləri tamamilə qəbuledilməz hesab edirik. Bu vəziyyətdə qırmızı xətt artıq keçilmişdir”-deyə o,vurğuladı. “Rusiya, ABŞ və Fransa, ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq, yaxın gələcəkdə Dağlıq Qarabağdakı münaqişəyə son qoymaq üçün bir sıra təşəbbüslər göstərəcəklər. Biz olduqca sıx   işgüzar  təmasdayıq”.

Daha çox göstər
Back to top button