ArtsaxBaşlıca

Artsax Respublikasının müstəqilliyinin tanınması ilə əlaqədar Artsax Respublikası Xarici işlər nazirliyinin bəyanatı

Artsaxın beynəlxalq səviyyədə tanınması bölgədə sülh və təhlükəsizliyin bərpası üçün yeganə təsirli mexanizmdir. Bu barədə Artsaxın  Xarici İşlər nazirliyinin yaydığı bəyanatda deyilir.

“2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycan silahlı qüvvələri, Türkiyənin  və Yaxın Şərqdəki terror təşkilatlarının dəstəyi ilə Artsax Respublikasına qarşı təcavüzkar bir müharibə başladı.

Azərbaycanın Artsax Respublikası üzərinə olan  geniş miqyaslı silahlı hücumu beynəlxalq humanitar hüquq normalarının, həmçinin silahlı qarşıdurmalar zamanı tətbiq olunan qanunların və adətlərin ciddi şəkildə pozulması ilə müşayiət olunur.

Xüsusilə, azərbaycan-türk silahlı qrupları, qəsdən Artsaxın şəhərlərini, kəndlərini, mülki obyektlərini atəşə tutur.. Cinayət əməlləri nəticəsində mülki əhali arasında  çoxsaylı var.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ümumiyyətlə beynəlxalq ictimaiyyətin Azərbaycanın hərbi təcavüzünə dərhal son qoymaq və gərginliyi azaltmaq səylərini alqışlayırıq.

Eyni zamanda qeyd edirik ki, beynəlxalq cəmiyyətin bütün tələb və çağırışları Türkiyə, Azərbaycan və  üç terror təşkilatı ittifaqı tərəfindən   həyasızcasına  imtina edilir.

Artsax vətəndaşlarının yaşamaq və dinc inkişaf hüququnu təmin etmək üçün beynəlxalq ictimaiyyəti Artsax Respublikasının müstəqilliyini tanımağa çağırırıq.

Hazırkı vəziyyətdə Artsaxın beynəlxalq səviyyədə tanınması bölgədə sülhün və təhlükəsizliyin bərpası üçün yeganə işləyən mexanizmdi”.

Daha çox göstər
Back to top button