BaşlıcaSiyasət

Ermənilər, gürcülər və azərbaycanlılar Tbilisidə nə tələb edirlər? (Video)

Təşkilatçılar ictimaiyyətin diqqətini cəlb edə biləcəklərini düşünürlər. Onlar əmindir ki,dialoqun alternativi sadəcə  yoxdur.

“SputnikArmeniya”nın verdiyi məlumata görə, Ermənilər, azərbaycanlılar və gürcülər də daxil olmaqla onlarla fəal bu gün Gürcüstan hökumət binasının qarşısına toplaşaraq Artsaxda sülhün bərqərar olmasına kömək etməyə çağırdılar.

Aktivistlər gürcü, erməni və azərbaycan yazıları ilə getmişlər:. “Müharibəyə yox”, “Müharibə cinayətdir”, “Müharibə istəmirəm”, “Qafqaz mənim evimdir” şüarlarıyla  Artsaxda sülhü bərqərar etməyə səsləyiblər..

Aktivist Kristi Arakelova “Aliq Media”-ya bildirib ki, Cənubi Qafqazdakı sülh Gürcüstanın etnik azlıqları, ermənilər və azərbaycanlılar üçün çox vacibdir.

“Bu səbəbdən buradayıq. Hər hansı bir müharibənin əleyhinəyik. Gürcüstan münaqişənin dialoq sahəsinə keçiriləcəyinə inanır. Dialoqun  alternativi yoxdur. Tərəflərin danışıqlar masasına oturmasını istəyirik”- deyərək Arakelova qeyd edib.

Onun sözlərinə görə, uşaqların və  hərbiçilərin ölümü yolverilməzdir, buna görə də münaqişənin həllində maraqlı olan siyasətçilərin bu qarşıdurmada hər kəsin həyatı barədə düşünəcəyini ümid edirlər.

Bundan əvvəl Gürcüstanlı etnik azərbaycanlılar və ermənilərdən olan QHT-lər, Gürcüstan hökumətini Qarabağ  məsələsində bağlı bitərəf qalmağa çağıran “Sülh manifesti” imzaladılar.

Sənəddə qeyd olunduğu  kimi , Qafqazda sülhün və sabitliyin qorunması ayrı-ayrı ölkələrin, bütün bölgənin inkişafı üçün ilkin şərtdir və hökumətlər bunu pozmamalıdır.

Gürcüstan hökumətini qəti şəkildə bitərəf olmağa, hər iki ölkədə təsirlənmiş vətəndaşlara yardım göstərmək üçün mümkün qədər humanitar və digər tədbirlər görməyə çağırdılar.

Gürcüstan hakimiyyət orqanlarına tərəflər arasındakı danışıqları dəstəkləmək üçün aktiv addımlar atmaq təklif edildi.

Daha çox göstər
Back to top button