ArtsaxBaşlıcaSiyasət

Gürcüstan Ermənistana və Azərbaycana hərbi yüklərin daşınmasını qadağan edib

Gürcüstan hökuməti ölkə ərazisindən Ermənistana və Azərbaycana xüsusi icazə olmadan hərbi yüklərin daşınmasını qadağan edib.

Bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtang Qomelauri bildirib.

Buna səbəb kimi Dağlıq Qarabağdakı hərbi əməliyyatları göstərilib.

“Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara görə, Gürcüstan ərazisindən hərbi yüklərin hər iki ölkə istiqamətində quru və hava yolları ilə daşınmasına icazə verilməsini müvəqqəti dayandırdı”, – deyə Qomelauri bildirdi.

Daha çox göstər
Back to top button