BaşlıcaSiyasət

Ermənistan və Rusiya xarici işlər nazirləri Qarabağ münaqişəsi zonasındakı vəziyyətin həll yollarını müzakirə etdilər

Ermənistan və Rusiya Xarici işlər nazirləri Sergey Lavrov və Zohrab Mnatsakanyan, telefon danışığı zamanı Qarabağ münaqişəsi zonasında eskalasiyanı müzakirə etdilər.

Rusiya Xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, diqqət Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin həlli yollarının axtarılması ilə bağlı məsələlərə yönəlib.

“RF tərəfi mülki itkilərin sayının artmasından narahatlığını bildirdi. Dərhal atəşkəsə ehtiyac olduğu qeyd edildi. Tərəflərə ATƏT Minsk Qrupunun himayəsi altında Qarabağ nizamlama prosesinin Rusiya, ABŞ və Fransa prezidentlərinin ortaq bəyanatına uyğun olaraq  davam etməsində kömək etməyə hazır olduğumuz təsdiqləndi”.

Daha çox göstər
Back to top button