BaşlıcaSiyasət

İlham Əliyevə açıq məktub: Erdoğan son azərbaycanlıya qədər Ermənistanla döyüşməyə hazırdır

“Repat Riarch”  telegram kanalı İlham Əliyvə açıq məktubu dərc edib. Məktubda deyilir. “Cənab İlham Əliyev, Xalqınızın adi ani mesajlaşmalardan və sosial şəbəkələrdən ayrıldığı, cəbhədən xəbərləri televiziyada həvəslə dinlədiyi bu günlərdə, biz “Repat Riarch” telegram kanalının redaksiya heyəti sizə açıq məktubla müraciət etmək qərarına gəldik. Siz hakimiyyətə atanızın izi ilə gəldiniz.

Atanız ermənilərə nifrət etmirdi. Օ, bunun üçün çox çalışıb və onlarla yan-yana yaşayıb. Əliyev-ata 1994-cü ildə Ermənistan və Artsaxla saziş imzaladı. 1999-cu ildə Gürcüstandan və Ermənistandan olan jurnalistlərlə Bakıda görüşdə dedi ki, Ermənistan və Azərbaycanın əbədi olaraq münaqişədə olacağına inanmır. Söylədi ki, Azərbaycan qətiyyətlə münaqişənin sülh yolu ilə həlli mövqeyindədir.

17 il hakimiyyətdə olaraq atanızın mirası ilə nə etmişsiniz?

Ana südüylə yanaşı ermənilərin nifrəti ilə bəslənən yeni azərbaycanlı nəsli yetişdirdiniz. İndi onlar həyatları yaşamağa başlamadan, cəbhədə ölür.

Öz hakimiyyətini saxlamaq üçün, düşmən obrazı yaratmaq üçün, siz, onilliklər ərzində xalqınızın zehni sağlamlığını qurban verməklə  azərbaycanlıların ruhunu nifrət  və gücsüzlük zəhərləriylə zəhərləndiniz.

Niyə bütün milyardlarla sərmayə qoyulmasına baxmayaraq, yeni nəsil startuplar Azərbaycanda yox, Ermənistanda böyüyür? Çünki biz  fiziki mühasirədə yaşayırıq, Azərbaycan da ruh mühasirəsindədir. Sizə kim kömək edir? Türkiyə, Pakistan, Əfqanıstan? Hədəf etmək istədiyiniz ölkələr bunlardır? Hansı modellə həyat quracaqsınız?

İndi isə gələcək qələbələr barədə yüksək səsli bəyanatları həyata keçirmək üçün, əslində ölkənizin suverenliyini tamamilə qurban verdinizmi? Ordunuz da artıq türklər idarə edir. Ehtimal olunur ki, sizi də idarə edirlər. Keçmiş baş qərargah rəhbərinizin dediyi kimi, ola bilər ki, arvadlarınızı türklərin altına qoysunuz.

Ermənistanda dediyimiz kimi, Ərdoğan Ermənistanla son azərbaycanlıya qədər döyüşməyə hazırdır. Azərbaycanlılar türk pulemyotunda patron olmağa razıdırlar?

Bu 17 ildə ölkəni durğun vəziyyətə gətirdiyinizi etiraf etmək üçün cəsarət edin. İstefa edin və ölkənizi xalqınızın xeyrinə idarə edəcək yeni bir lider üçün yol açın.

Atanızın sülh arzusunu reallaşdırın.

Repat Riarch telegram kanal redaktorları – t.me/repatriarch”.

Daha çox göstər
Back to top button