ArtsaxBaşlıcaSiyasət

AŞPA Türkiyənin hərəkətlərini pisləyib

Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsi Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatşı ritorikasını pisləyir.

Bu barədə komitənin sədri Ostrum Yensenin bəyanatında qeyd olunur.

Komitə Ankaraya bu ritorikadan çəkinməyə çağırır.

“Bir daha xatırlatmaq istəyirəm ki, Ermənistan və Azərbaycan Avropa Şurasının üzvü olmaqla mübahisələrini sülh yolu ilə həll edəcəklərinə dair razılığa gəliblər. Bu öhdəliklər üzv olan bütün ölkələrə aiddir və bu onu deməkdir ki, bütün üzv dövlətlərin müharibə edən dövlətləri mübahisələrini güc yolu ilə həll etməyə məcbur edəcək hər hansı bir hərəkətdən çəkinməlidir”, -deyə Yensenin bəyanatında qeyd olunur.

Onun sözlərinə görə, komitənin üzvləri Türkiyənin təxribatçı ritorikası pisləyib və belə əməliyyatlardan çəkinməyə çağırıb.

Yensen qeyd etdi ki, hərbi əməliyyatlar genişmiqyaslı müharibəyə çevrilir, bu isə bölgənin sabitliyi üçün çox təhlükəlidir. Komitə sədrinin sözlərinə görə, sülh yolu ilə nizamlanmasının alternativi yoxdur.

Daha çox göstər
Back to top button