BaşlıcaSiyasət

Azərbaycandakı talışların planlı şəkildə cəbhədə ön xəttə aparılmasından çox narahatıq. Talış fəallarının çağırışı

Talışların Azərbaycan höküməti tərəfindən planlı şəkildə cəbhədə ön xəttə aparılması, ölənlərin çoxunun talış olması, talışların şəhidləri üzərindən talış xalqı arasında ermənilərə qarşı nifrət nitqinin təbliğ edilməsindən kəskin narahatlıq keçiririk. Facebook-da “Talışstan” səhifəsində belə bəyanat yayıb. Bəyanatda deyilir.

“Azərbaycan və Dağlıq Qarabağ arasındakı münaqişə son bir həftə ərzində hər iki tərəfdən çox böyük itkilərə səbəb olub. Biz bir qrup Talış Milli fəallar olaraq münaqişədə hər iki tərəfdən həlak olmuş günahsız insanlar və onların ailələrinə başsağlığımızı çatdırırıq.

Baş verənlərdən çox məyusuq. Hər iki tərəfə müraciət edərək bildiririk ki, Qafqazdakı xalqlar arasında dostluq və qardaşlığın bərqarar olmasının, beynəlxalq normalara uyğun xalqların öz taleyini həll etmək hüququnun həll edilməsinin tərəfdarıyıq.

Bu münaqişənin silahlı həlli yolu mümkünsüzdür və bu üsulla problemi həll etmir, əksinə gələcək nəsillərə daşıyırıq. Həmçinin münaqişə zamanı talışların Azərbaycan höküməti tərəfindən planlı şəkildə cəbhədə ön xəttə aparılması, ölənlərin çoxunun talış olması, talışların şəhidləri üzərindən talış xalqı arasında ermənilərə qarşı nifrət nitqinin təbliğ edilməsindən kəskin narahatlıq keçiririk.

Bizə dəqiq faktlarla məlumdur ki, talışların çoxu bundan narazıdır. Azərbaycan höküməti bir tərəfdən ölkədə azad sözü boğaraq onların səsinin çıxmasının qarşısını alır, digər tərəfdən isə özünə tabe muzdlu adamlar vasitəsi ilə göstərməyə çalışır ki, güya talışlar arasında ermənilərə qarşı nifrət var. Biz Azərbaycan hökümətinə son dəfə xəbərdarlıq edərik ki, talış xalqının planlı şəkildə məhv edilməsi, onlar arasında etnik nifrətin yayılması işini dayandırsın. Biz Qafqazdakı bütün xalqların dostluq və qardaşlıq şəraitində yaşamasının tərəfdarıyıq. Əgər hansısa xalq başqa yolu seçibsə bizi bu oyunlara qatmasınlar! Həmçinin talış xalqına müraciət edirik ki, həm ermənilərə, həm də azərbaycanlılara qarşı yönəldilən nifrət təbliğatına uymasınlar. Həmçinin bacardıqları qədər əsgər getməkdən yayınsınlar. Özlərini döyüş zamanı güllə altına verməsinlər. Biz tarix boyu heç bir xalqla düşmən olmamışıq və bundan sonra da yolumuz budur”.

Daha çox göstər
Back to top button