
“Armenpress”in verdiyi məlumata görə, Hollandiyanın “Azadlıq Partiyasının (PVV) lideri Hirt Vilders Twitter səhifəsindəki bir yazısında erməni xalqına dəstəyini qeyd edir
“Armenpress” in verdiyi xəbərə görə, Hirt Vilders Azərbaycanın Hollandiyadakı səfiri tərəfindən ona göndərilən ittiham məktubunu yazıya əlavə edərək qeyd edib:
“Azərbaycanın Laheydəki səfirinin mənə nifrət dolu bir məktub göndərməsi fikirlərimi açıq şəkildə sübut edir. Onlara etibar etmək olmaz”.
Eyni yazıda Vilders deyir:” Azərbaycanın zorakı İslam barbarlığına qarşı xristian erməni dostlarımı hər zaman dəstəkləyəcəyəm”.