BaşlıcaSiyasət

Putin Qarabağda dərhal atəşi dayandırmağa çağırır

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qarabağda dərhal atəşi dayandırmağa çağırır.

“Qarabağ hadisələri bir faciədir. Biz çox narahatıq, çünki Azərbaycan, Ermənistan, eləcə də Qarabağ ərazilərində yaşayan insanlar bizə yad deyil”- deyə “Rosiya 24” telekanalına verdiyi müsahibədə Vladimir Putin qeyd edib.

Putin Rusiyanın Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməyə hazır olduğunu təsdiqləyib. Rusiya prezidenti əlavə edib ki, Ermənistan rəhbərliyinin müttəfiqlik öhdəliklərini yerinə yetirməsi ilə bağlı Rusiya ilə heç bir sualı yoxdur. Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla daim təmasda olduğunu söyləyib.

“İnsanlar ölür, hər iki tərəfin də böyük itkiləri var. Ümid edirik ki, bu münaqişə yaxın gələcəkdə sona çatacaq”- deyə o qeyd edib.

Daha çox göstər
Back to top button