BaşlıcaSiyasət

Stepanakert: Ərdoğanla Əliyev beynəlxalq məhkəmə qarşısına çıxmalıdır

Türkiyə və Azərbaycan prezidentləri beynəlxalq məhkəmə qarşısına çıxmalıdır. Bu barədə bu gün brifinq zamanı Artsax Prezidentinin müşaviri Davit Babayan danışıb.

Onun sözlərinə görə, rəqib yaşayış məntəqələri və xüsusilə də mülki obyektləri hədəfə alır.

“Bu onun taktikası və strategiyasıdır. Bu onların düşüncə tərzi, psixologiyasıdır. Onlar mülki əhali, məktəblər və uşaq baxçalarına hücum edirlər. Ancaq, bu baş verməyəcək. Nə qədər qorxutmaq istəsələr də, o qədər ağır cavab veriləcəkdir. Bu gün Əliyevin və Ərdoğanın etdikləri cinayətdir və bu, danışıqlar prosesinə böyük zərbə vurur.

Belə bir cinayət üçün isə, onlar cəzalandırmalıdır. Beynəlxalq məhkəmə qarşısına çıxamalıdır. Əgər NATO-ya üzv bir ölkə terrorçularla əməkdaşlıq edirsə, xəbərdar etmədən təcavüzkar müharibəyə başaldırsa, bütün dünyanı təhlükəyə atırsa, bu, 3-cü dünya müharibəsinin başlanması üçün zəmin ola bilər. Əminəm ki, onlar ən azı Tanrı qarşısında cavab verəcəklər”,-deyə Babayan qeyd etdi.

Daha çox göstər
Back to top button