
“SputnikArmeniya”nın verdiyi məlumata görə, ER Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirir ki, guya erməni birləşmələrinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə zərbə endirməyə çalışdıqları barədə Azərbaycan tərəfinin bəyanatı həyasız yalandır.
“Biz dəfələrlə neft və qaz infrastrukturunu hədəf almadığımızı bildirmişik. Bununla belə, yerləşməsindən asılı olmayaraq Artsax istiqamətində atəşin atılacağı bütün hərbi obyektlər, hədəflər məhv ediləcəkdir”-deyərək Facebook səhifəsində o,yazıb.