BaşlıcaSiyasət

Türkiyənin addımları ATƏT-in Minsk Qrupuna üzvlüyünü qeyri-mümkün edir. Artsax XİN

Türkiyənin addımları ATƏT-in Minsk Qrupuna üzvlüyünü qeyri-mümkün edir. Bu barədə Artsax Xarici İşlər Nazirliyindən bildirilir.

Qeyd etmək lazımdır ki, müntəzəm məlumatlar yayılır ki, Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri olmaq istəyir.

“Artsaxa qarşı silahlı təcavüz komandanlığına rəhbərlik edən, Azərbaycana silah tədarük edən və hərbi əməliyyatlarda iştirak etmək üçün Yaxın Şərqdəki terror təşkilatlarından silahlıları cəlb edən Türkiyənin cinayətkar fəaliyyəti, ATƏT-in Minsk qrupuna qoşulmasını mümkünsüz edir.Artsaxın prinsipial mövqeyi odur ki, Azərbaycan-Qarabağ münaqişəsinin sülh prosesi çərçivəsində Türkiyənin hər hansı bir şəkildə iştirakı yolverilməzdir”- deyə bəyanatda deyilir.

Artsax XİN bildirir ki, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin Azərbaycanın başlatdığı hərbi əməliyyatları dərhal dayandırmaq səylərini alqışlayır. Azərbaycan-Artsax münaqişəsinin sülh yoluyla həlli prosesində vasitəçilik missiyası həyata keçirən yeganə razılaşdırılmış format kimi ATƏT MQ-nın mərkəzi rolunu vurğulanır.

Artsax Xarici İşlər Nazirliyi xatırladır ki, son dörd ildə Azərbaycanın Artsaxa qarşı həyata keçirdiyi iki irimiqyaslı silahlı hücumu açıq şəkildə göstərir ki,  vasitəçilərin əvvəlki hazırlıqları Azərbaycan tərəfindən beynəlxalq öhdəliklərin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına qarşı gücsüz idi.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, mövcud vəziyyətdə Artsaxın beynəlxalq səviyyədə tanınması bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinin ən təsirli yoludur.

Daha çox göstər
Back to top button