
“SputnikArmeniyanın verdiyi məlumata görə,Gürcüstanın Daxili işlər nazirliyinin verdiyi məlumata görə, Gürcüstan Respublikası ərazisində 2 pilotsuz aparatı Azərbaycanla həmsərhəd kəndlərin yaxınlığında qəzaya uğrayıb.
Pilotsuz təyyarələr oktyabrın 7-də axşam Kaxeti bölgəsindəki Sanavardo-Udabno kəndləri yaxınlığında qəzaya uğrayıb. Qəza barədə xəbərlər saat 18.35 və 18.45-də daxil olub.
İtkilər yoxdur.
Nazirlikdən verilən məlumata görə, hadisə ilə bağlı dərhal istintaq başlanılıb.