ArtsaxBaşlıcaSiyasət

Həlak olmuş azərbaycanlı pilotun həyat yoldaşı azərbaycanlılara müraciət etdi

Həlak olmuş azərbaycanlı pilotun həyat yoldaşı öz xalqına, dünyaya müraciət etdi. Məktubda yazılır.

“Mən AzərbaycanHərbi Hava Qüvvələrinin həlak olan pilotunun həyat yoldaşı Səbinə Vəliyeva Çingiz qızı Azərbaycan vətəndaşlarına, dünyaya müraciət edirəm.

2020-ci ilin oktyabrın 3-də həyat yoldaşım Valiyev Sabir Dağlıq Qarabağda gedən döyüşlərdə şəhid olub, lakin onun cəsədi hələ də tapılmayıb. İki uşağımız var.

Bu xəbəri mənə Sabirin həmkarı (adı çəkə bilmərəm) verib.

Mən soruşdum bəs Səbir nə üçün katapult olmayıb, o mənə deyib ki, biz katapult ola bilmirik, avadanlıqlar belə quraşdırılıb, bizimlə türk pilotları da uçuş edirlər, onlardan ikisi həlak olub. Əgər biz əsir düşsək, Azərbaycan böyük problemləri olacaq.

Azərbaycanın hansı problemlərlə üzləşəcəyi məni maraqlandırmır. Onun həmkarı deyib ki, əsgərlər daha pis vəziyyətdədir, onları zirehli texnikanın dəstəyi olmadan hücuma göndərirlər. Minlərlə cəsəd çürüyür, bu bizim İslam adətimizə ziddir və Müdafiə Nazirliyimiz onların cəsədlərini çıxarmaq üçün belə atəşləri dayandırmır.

Bir başqa hərbçi isə mənə deyib ki, əsgərlərimiz Yaxın Şərqdən gələn bu zibillərlə döyüşə atılır, orda həqiqi cinayətkarlar var, əsgərlər istəmirlər, döyüş zamanı yüzlərlə adam ölür. Ordu Komandanlığı bu həqiqəti Prezidentimizə söyləməkdən qorxurlar, cəzalandırılmamaları üçün döyüşlərə yeni əsgərləri də daxil edirlər.

Hərbçilər mənə deyirlər ki, əgər itkilərimizin sayı əhali bilsə, Hökumət sadəcə məhv olacaq.

Mən müharibəni dayandırmaq və şəhidlərimizə və xalqımıza qarşı qeyri-insani rəftara görə hökumətimizi cəzalandırmaq istəyi ilə xalqmıza, dünya ictimaiyyətə, müxtəlif ölkələrinin hökumətlərinə müraciət edirəm.

İlham Əliyev, durdur bunu. Uşaqlarımızı ölümə göndərməyin, generallarınız sizə yalan danışır, itkilərimizi və əsgərlərə qarşı qeyri-insani münasibətlərini sizdən gizlədirlər.

Yaxın Şərqdən gələn terrorçuları ölkəmizdən uzaqlaşdırın. Ərdoğan əsgərlərinin qanını öz evində öz maraqları üçün töksün. Bilirəm ki, beynəlxalq ictimaiyyətə müraciətdən sonra məni təqib etməyə və susdurmağa çalışacaqlar, lakin mən möhkəm olacağam.

Hamınızdan xahiş edirəm, səsimə səs verin”.

Daha çox göstər
Back to top button