
“RİA Novosti”-ə əsasən, ER Prezidenti Armen Sarkisyan Ermənistanda kürd silahlıların olmasıyla bağlı Bakının bəyanatlarını cəfəngiyyət adlandırıb.
“Respublikada hər hansı bir partiyaya mənsub kürd silahlılarının olması barədə iddialar tamamilə cəfəngiyyətdir. Qoy kimsə ən azı bir nəfəri göstərsin”- deyə ER Prezidenti rus jurnalistlərlə görüş zamanı qeyd edib. Onun sözlərinə görə, Ermənistanda həm kürdlər, həm də yezidilər yaşayırlar. “Ancaq onlar Ermənistan vətəndaşlarıdır”- deyə o söyləyib.