
RF Müdafiə naziri ilə Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə edildi.
“Sputnik Armeniya”nın verdiyi məlumata görə,Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu erməni və azərbaycanlı həmkarları Davit Tonoyan və Zakir Həsənovla telefon danışığı aparıb.
Bu haqda RT televiziya şirkəti məlumatlandırıb. Qeyd olunur ki, Serqey Şoyqu Tonoyan və Həsənovla Qarabağ münaqişəsi xəttində hökm sürən vəziyyəti müzakirə etmişlər.