BaşlıcaSiyasət

Türkiyənin cəlb olunması konteksti dəyişdirir. Paşinyan dünyanı təhdid edən təhlükə barədə

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Birinci kanalının “Zaman göstərəcək” verilişi zamanı  deyib ki, Qarabağ münaqişəsi regional çərçivədən çıxıb.

“Mən Dağlıq Qarabağ münaqişəsinin regionu  nəzərdə tuturam… Türkiyə yüz il sonra iki səbəbə görə Cənubi Qafqaza dönüb: Erməni Soyqırımı siyasətini və şimal-sərq, cənub-şərq istiqamətində öz imperatorluq siyasətini davam etdirmək üçün.

Ermənistanın Baş naziri qeyd edib ki, münaqişə zonasında ekstremistlər və beynəlxalq terrorçular var.

“Bu artıq bölgəmzdəki bütün ölkələr üçün təhlükəlidir. Və bu dünya təhlükəsizliyi baxxımından təhdid mənbəyidir”- deyə Paşinyan əlavə edib.

Daha öncə məlum olub ki, Türkiyə, Qarabağa və Ermənistana qarşı istifadə etmək üçün Suriyanın şimalından Azərbaycana muzdlu əsgərlər göndərib. Məlumata görə, döyüş əməliyyatlarında iştirak etmələri üçün onlara 1,5-2 min dollar pul verilib.

Bu məlumatları təkcə Ermənistan və Artsax səlahiyyətliləri, beynəlxalq media və xarici insan haqları təşkilatları deyil, həm də Suriya, Fransa, Rusiya, ABŞ və digər ölkələrin səlahiyyətliləri təsdiqləyib. Fransa və Rusiya Suriyadan olan silahlıların Qarabağ münaqişəsi bölgəsindəki döyüşlərdə iştirak etməsindən narahatlıqlarını ifadə edib.

Daha çox göstər
Back to top button