BaşlıcaSiyasət

ER XİN: İbadət yerlərini hədəfə almaq müharibə cinayətidir

ER XİN Şuşidəki dini ibadət yerləri və mədəniyyət abidələrinin hədəfə alınması ilə bağlı bir bəyanat yayaraq Azərbaycanın hərbi-siyasi rəhbərliyinə dini ibadət yerləri və mədəniyyət abidələrinin hədəfinin beynəlxalq humanitar hüquqda hərbi cinayət kimi təsbit olunduğunu xatırlatdı.

Bu haqda ER Xarici işlər nazirliyinin Məlumat və ictimai diplomatiya departamentindən “Armenpress” ə məlumat verilib.

“Oktyabrın 8-də Azərbaycan silahlı qüvvələri, erməni memarlığının incisi olan Artsaxın mədəni paytaxtı Şuşinin mərkəzində yerləşən Qazançetsots Ana məbədinə hava zərbələri endirərək ona hiss ediləcək   zərər toxundurdu.

Bu, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin insan əleyhinə mahiyyətini ortaya qoyan növbəti cinayətidir. Buna baxmayaraq, bu addım on illərdir davam edən anti-ermənilik siyasətinə tam uyğundur.

 Erməni xalqının tarixi vətəninin digər yerlərində olan Naxicevanda erməni mədəni irsini tamamilə məhv edən Azərbaycan, indi Artsaxa qarşı açılan hərbi təcavüz çərçivəsində Artsax ermənilərini vətənlərindən və tarixi yaddaşlarından məhrum etməyə çalışır. .

Bu əməliyyatlarında Azərbaycan bir başa olaraq  bu günki müttəfiqlərinin  tanınmış beynəlxalq  terrorim təşkilatlarının  iş tərzini təqlid edərək və bunun nəticəsində Yaxın Şərqdə  çoxsaylı tarixi-mədəniyyət abidələri məhv edilib.

Eyni zamanda bütün sivil insanlığa  qarşı  Azərbaycanın törətdiyi   dəhşətli cinayətkarlığını  qəti şəkildə məhkum edirik.

Bu münasibətlə, Azərbaycanın hərbi-siyasi rəhbərliyinə ibadət yerləri və mədəniyyət abidələrinin hədəf almasının beynəlxalq humanitar hüquqda müddətinin olmadığı bir hərbi cinayət kimi təsbit olunduğunu xatırladırıq”-deyərək  ER XİN bəyanatında bildirilib.

Daha çox göstər
Back to top button