BaşlıcaBeynəlxalqİctimaiyyət

Facebook Azərbaycanla əlaqəli 589 hesabı, 7906 səhifəni və 447 Instagram hesabını sildi

Facebook Azərbaycanla əlaqəli 589 hesabı, 7906 səhifəni və 447 Instagram hesabını sildi. Bu səhifələr Azərbaycanda yaradılmışdır və orada daxili auditoriya üçün işləyirlər.

Qeyd olunur ki, bu fəaliyyəti aparanlar saxta səshifələrdən istifadə edir, bunların bir qismi artıq aşkar edilib və bağlanmışdır. Onların məqsədi saxta isimlər və fotolarla profillər yaradaraq, bəzi hökumətyönlü məzmunun populyarlığını süni şəkildə artırmaqdır.

Görünür ki, bu şəbəkə Azərbaycanda insanların səhifələrini idarə etmək üçün yaradılıb ki, onlar beynəlxalq və yerli KİV-lərin, ictimai xadimlərin, o cümlədən Azərbaycanın müxalif və hakim partiyaların səhifələrində dəstəkləyən və təqid edən şərhlər yazsınlar.

Bu şərhlərin əksəriyyəti İlham Əliyevi, Yeni Azərbaycan partiyasını və onların siyasətini tərifləyir. Onlar həmçinin müxalifəti, onun liderlərini təqid edərək, onları xəyanətdə günahlandırırlar.

Daha çox göstər
Back to top button