
Moskvadakı Yerevan və Bakı məsləhətləşmələri xarici işlər nazirləri səviyyəsində keçiriləcəkdir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən “RİA Novosti” məlumat verib.
Agentliyin məlumatına görə, Rusiya XİN-in sözçüsü Maria Zaxarova jurnalistlərə bildirib ki, Ermənistan və Azərbaycan Moskvada keçiriləcək məsləhətləşmələrdə iştiraklarını təsdiqləyib.
Dünən məlum olub ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan Xİ nazirləri Zohrab Mnatsakanyanı və Ceyhun Bayramovu danışıqlara dəvət edib.
Rusiya Prezidenti əsirləri və qurbanların cəsədlərini mübadilə etmək üçün humanitar səbəblərdən Qarabağdakı hərbi əməliyyatların dayandırılmasına çağırıb.