BaşlıcaSiyasət

Yerevanda Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclası başlayıb

Karen Demirçyan adına İdman və Konsert Kompleksində Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclası keçirilir.

Qırğızıstan hökumətinin başçısı ölkədəki daxili siyasi vəziyyətə görə iclasda iştirak etmir.

Baş nazir Nikol Paşinyan qonaqları şəxsən qarşılayır. İclasda Rusiya, Qazaxıstan və Belarusun baş nazirləri iştirak edir.

AİB-ə üzv dövlətlərin liderləri birliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər. Koronavirusa qarşı mübarizə ilə bağlı məsələlər də gündəmdə olacaq.

İclasda 2021-ci il büdcə layihəsinin müzakirəsi də planlaşdırılır.

Daha çox göstər
Back to top button