Siyasət

ER Prezidenti ittifaqa üzv dövlətlərə belə bir sual ünvanlayır: “Türkiyənin NATO-dan yaşıl işığı varmı?”

 Ermənistan Prezidenti Armen Sarkisyan NATO-ya üzv ölkələrin səslərini eşitdirəcəklərinə və Türkiyəyə təzyiq göstərəcəyinə ümidvar olduğunu bildirdi.

“SputnikArmeniya”nın  verdiyi məlumata görə,Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan “Bloomberg” Beynəlxalq Xəbər agentliyinə müsahibə verdi.

Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin Rusiyadakı görüşü və ondan gözləntiləri barədə danışan Armen Sarkisyan “qaranlıq bir otağa” girəcəklərini, danışıqlara başlayacaqlarını və atəşkəs barədə danışacaqlarını deyib.

“Mən bu görüşü keçirdiyim üçün çox xoşbəxtəm. Rusiya Federasiyasının Prezidenti Putinə və Xarici işlər naziri Lavrova bu görüşü təşkil etdiyinə görə təşəkkür edirəm, çünki bu gün atəşin dayandırılmasına mütləq ehtiyac var.

Böyük bir humanitar yardımla qarşılaşırıq. Müharibə mülki əhaliyə zərbə vurur. Buna görə də onlara, ATƏT-in Minsk qrupu həmsədrlərinə, Rusiya hökumətinə təşəkkür edirəm. “Ümid edirəm atəşkəsə nail olmaq mümkün olacaq”-deyərək Prezident qeyd edib.

Prezident Türkiyənin hərbi müdaxiləsindən danışarkən dedi. “Nə mənim, nə də hökumətimin sübut üçün nəyisə təqdim etməyimiz lazım deyil.

Göründüyü kimi bu, Azərbaycan tərəfinin, Azərbaycan rəsmilərinin, video və foto şəkillərində, saytlarda yer alır. Hətta Rusiya da daxil olmaqla müxtəlif ölkələrin kəşfiyyat xidmətləri bu haqda  əhatəli şəkildə bildirdilər.

Türkiyənin Azərbaycan tərəfindən gətirdiyi İslamçı terrorçuların olduğunu və bunların hamısı türk silahlı qüvvələrinin, pilotsuz təyyarələrin, hətta istifadə olunan F-16 qırıcılarının iştirakı ilə istifadə olunub”.

Türkiyənin NATO-dakı müttəfiqlərinə gəldikdə isə, ER Prezidenti, Onlara bu məsələyə ciddi yanaşmalarını tövssüyə edib.Çünki  bizim  elə bir vəziyyətimiz var ki, orada üçüncü tərəf NATO-nun üzvü olmaqla  münaqişəyə  müdaxilə olunur,hansılar ki,NATO-ya üzv deyil.

“Məgər,Türkiyənin NATO-dan yaşıl işığımı var? Elədirsə, biz gərək xəbərdar olaq,  yoxdursa, ümid edirəm ki, NATO-dakı  həmkarlarımız  NATO-da öz səslərini qaldıracaq və Türkiyə üzərinə  təzyiq göstərəcək deməklə ki, o bu münqaişəyə cəlb olunmamalıdır. Onun burada olması heç bir işə yaramır, hətta vəziyyəti çətinləşdirir”-deyərək  Sarkisyan  qeyd edib.

Dağlıq Qarabağın tanınması ilə bağlı suala ER Prezidenti cavab verdi ki, müharibə davam edərsə, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan və beynəlxalq ictimaiyyəti də onu tanımağa çağırmaqdan başqa çarəsi qalmayacaq.

Xatırladaq ki, əvvəllər Türkiyənin Suriyanın şimalından muzdlu əsgərləri Artsax və Ermənistana qarşı istifadə etmək məqsədi ilə Azərbaycana köçürdüyü məlum olmuşdu. Məlumata görə, döyüşlərdə iştirak etmələri üçün onlara 1500-2000 dollar pul verilib.

Bu məlumatlar təkcə Ermənistan və Artsax rəhbərliyi, beynəlxalq media və xarici insan haqları təşkilatları tərəfindən deyil, həm də Suriya, Fransa, Rusiya, ABŞ və digər ölkələrin səlahiyyətliləri tərəfindən təsdiqləndi. Fransa və Rusiya, Suriyalı yaraqlıların Artsax münaqişəsindəki davam edən döyüş əməliyyatlarında iştirakından ən yüksək narahatlığını dbildirib.

Daha çox göstər
Back to top button