
ER Baş naziri Azərbaycanın heç vaxt danışıqlar aparmaq istəmədiyini vurğuladı. Sonuncu dəfə 2014-cü ildə, Bakının mümkün sülh müqaviləsini imzalamaqdan imtina etdiyi vaxtda olmuşdu.
“Sputnik Armeniya”nın məlumatınca ER Baş Naziri Nikol Paşinyan, İtaliyanın “La Republica” dövri nəşrinə müsahibə verdi. Jurnalistin -Dağlıq Qarabağ nəyi güzəştə getməyə hazırdır? sualına Baş nazir cavab verib:
“Dağlıq Qarabağ həmişə güzəştə getməyə hazır olduğunu deyib, lakin Azərbaycan heç vaxt danışıqlar aparmaq istəməyib.
Son dəfə 2014-cü ildə, Bakı mümkün sülh müqaviləsini imzalamaqdan imtina etmişdi, çünki bu, Dağlıq Qarabağ ermənilərinin haqqını tanımaq demək idi. Bakı müharibədən əvvəlki 1991-ci il status-kvoya qayıtmaq istəyir”.
Paşinyan onu da qeyd edib ki, bu gün Dağlıq Qarabağ erməniləri yaşamaq hüquqlarını müdafiə etməli olurlar.
“Əlbətdə beynəlxalq birliyin cəlb olunması lazımdır, əks təqdirdə cihadçı təhlükə hər yerə yayılacaqdır. Əminəm ki, azərbaycanlılar Ankaranın onlara bağladığı islamçıları idarə edə bilmirlər.
Bizim kəşfiyyatımıza görə, gəldikləri zaman Azərbaycanda əvvəlcə alkoqol satışını qadağan etməyə və şəriət qaydalarını tətbiq etməyə çalışıblar”-deyərək Paşinyan qeyd edib.