
ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti, ABŞ-dan Andrey Şoffer Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan Xarici işlər naziri Zorab Mnatsakanyan və Rusiya Xarici işlər naziri Sergey Lavrovun atəşkəslə bağlı bəyanatını alqışladılar. Tərəfləri öhdəliklərini tam yerinə yetirməyə çağırırlar.
Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əsirlərin mübadiləsi mexanizmləri barədə intensiv müzakirələr aparır. Bunun üçün ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfləri dərhal lazımi təhlükəsizlik zəmanətlərini verməyə çağırırlar.
Xatırladaq ki, Ermənistan və Azərbaycan Xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov məsləhətləşmələr aparmaq üçün dünən Moskvaya yola düşdülər. Rusiya Xarici işlər naziri Sergey Lavrovla ortaq görüş təxminən 11 saat davam etdi və münaqişənin həlli üçün dörd bənddən ibarət bir razılaşmanın qəbul edilməsi ilə sona çatdı.
Xüsusilə, tərəflər oktyabrın 10-da saat 12: 00-dan başlayaraq hərbi əsirlərin, digər saxlanan şəxləri və ölənlərin cəsədlərinin Beynəlxalq Qırmızı Xaç standartlarına uyğun olaraq dəyişdirilməsi üçün humanitar məqsədlər üçün atəşkəsin təstiqlənməsi barədə razılığa gəldilər.