BaşlıcaSiyasət

Türkiyənin müharibədə iştirakına dair yeni dəlillər AİHM-ə təqdim edildi

AİHM-ə təqdim olunan dəlillərə əsasən, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra pozuntularına görə cavabdeh olacaqdır.

“SputnikArmeniya”nın verdiyi məlumatlarla, Ermənistan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsindəki (AİHM) nümayəndəsi, Ermənistan Respublikası hökumətinin Azərbaycan tərəfindən insan hüquqları pozuntularına dair təkzibolunmaz dəlillərini AİHM-ə təqdim etməyə davam etdiyini bildirir.

“Son bir neçə günlərdə  Türkiyənin hərbi əməliyyatlarda iştirakına dair yeni dəlillər AİHM-ə təqdim edilmişdir”-deyərək  informasiyada qeyd olunur.

Təqdim olunan dəlillərə əsasən, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra pozuntularına görə cavabdeh olacaqdır.

Bundan əvvəl Türkiyənin Suriyanın Şimalından muzdluları Artsax və Ermənistana qarşı istifadə etmək məqsədi ilə Azərbaycana aparıldığı məlum oldu. Məlumata görə, döyüş əməliyyatlarında iştirak etmələri üçün onlara 1500-2000 dollar pul verilib.

Bu məlumatlar təkcə Ermənistan və Artsax rəhbərliyi, beynəlxalq media və xarici insan haqları təşkilatları tərəfindən deyil, həm də Suriya, Fransa, Rusiya, ABŞ və digər ölkələrin səlahiyyətliləri tərəfindən təsdiqləndi.

Fransa  və Rusiya, suriyalı silahlıların Dağlıq Qarabağ münaqişəsində davam edən hərbi əməliyyatlarda iştirakından ən yüksək səviyyədə narahatlığını  bildirib.

Xatırladaq ki, oktyabrın 6-da Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ER Hökumətinin tələbini təmin etdiyi məlum olub.

Məhkəmə, müvəqqəti tədbirin tətbiqinə dair sentyabrın 29-da qərarını təsdiqlədi və Türkiyə daxil olmaqla birbaşa və ya dolayı yolla iştirak edən bütün ölkələri Konvensiya ilə qorunan mülki əhalinin hüquqlarını pozmaqdan çəkindirməyə çağırdı.

Daha çox göstər
Back to top button