
Türkiyənin İxracatçılar Şurasının yayımladığı məlumatlara görə, 2020-ci ilin sentyabrında Azərbaycan, Türkiyənin müdafiə və aviasiya sənayesinin ümumi ixracatında birinci yeri tutub. Bir ay ərzində Türkiyədən 77 milyon 167.000 dollar dəyərində məhsul ixrac edildi.
2020-ci ilin sentyabr ayında Türkiyədən ümumi müdafiə və aviasiya hərbi texnika ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 80 % artdı. O halda ki, 2020-ci ilin yanvar-sentyabr aylarında, 2019-cu ilin eyni dövrü ilə müqayisədə, ixracat 17% azalaraq 1 milyard 521 milyon dollar təşkil etmişdir.
2020-ci ilin yanvar-sentyabr aylarında bu sektorun ən böyük ixracatı ABŞ-a (531 milyon dollar), Birləşmiş Ərəb Əmirliklərə (127 milyon), Almaniyaya (123,7 milyon) oldu. Azərbaycan isə 4-ü yerdədir (123,02 milyon).