BaşlıcaSiyasət

Aİ tərəfləri dərhal substantiv danışıqlara qayıtmağa çağırır

Avropa İttifaqı Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü zamanı humanitar məqsədlərlə atəşin dayandırılmasıyla bağlı  əldə edilmiş razılaşmasına sadiq qalmağa və dərhal substantiv danışıqlara qayıtmağa çağırır. Bu barədə Avropa xarici fəaliyyət xidmətinin rəsmi saytında Aİ Yüksək nümayəndəsinin açıqlamasında deyilir.

“Avropa Birliyi bu il oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında əldə edilmiş humanitar atəşkəsə dair razılaşmanı alqışlayır. Aİ tərəfləri əldə edilmiş razılığa ciddi əməl etməyə çağırır və xarici tərəflər də daxil olmaqla bütün aktyorları daha çox itki ilə nəticələnə biləcək hərəkətlərdən çəkinməyə çağırır. Bu baxımdan, mülki hədəflərə qarşı davam edən döyüş əməliyyatları, habelə mülki itkilər barədə son dərəcə narahatlıq duyuruq və tərəfləri razılaşmaya yerli səviyyədə tam hörmətlə yanaşmağa çağırırıq. Aİ tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında, ilkin şərtlər olmadan və razılaşdırılmış prinsiplər əsasında təxirə salınmadan substantiv danışıqlara qayıtmağa çağırır”- deyə bəyanatda deyilir.

“Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişəyə danışıqlar yolu ilə siyasi həll yolu tapmasına dair işini dəstəkləməyə davam edir və bölgədə davamlı sülh üçün çalışmağa davam edəcək”.

Daha çox göstər
Back to top button