ArtsaxBaşlıcaSiyasət

Atəşkəslə bağlı Moskvada əldə olunmuş razılaşmaya hörmət edilmir: Lavrov Zohrab Mnatsakanyanı qəbul etdi

Moskvada Ermənistan və Rusiyanın XİN başçıları Zohrab Mnatsakanyan və Sergey Lavrovun görüşü başlayıb.

Rusiya XİN başçısı bildirdi ki, daha əvvəl Moskvada Azərbaycanın xarici işlər nazirinin iştirakı ilə üç tərəfli görüşü nəticəsində atəşkəslə bağlı razılıq əldə olunub, lakin tərəflər buna əməl etmirlər. O bildirdi ki, Dağlıq Qarabağda gərginliyi azaltmaq üçün dünyanın bir çox ölkələri səylər göstərir.

“Ümid edirik ki, Müdafiə Nazirlikləri də daxil olmaqla sizinlə əlaqələrimiz üç tərəfli formatda əldə olunmuş razılaşmanın tam həyata keçirilməsini təmin edəcək”,- deyə Rusiyanın XİN başçısı qeyd etdi.

ER Xarici İşlər naziri Zohrab Mntsakanyan iki gün əccəl Rusiyada əldə olunmuş atəşkəzlə bağlı razılaşmaya toxunaraq Rusiyanın səylərini yüksək qiymətləndirdi.

“Bu gün Qarabağda hərbi əməliyyatları durdurmaq lazımdır və bunda Rusiyanın rolu çox böyükdür. Təəssüf ki, bu gün tam bir atəşkəs olduğunu deyə bilmirik. Buraya gəldikdən əvvəl məlumatlar var idi ki, Azərbaycan atəşi dayandırmasına dair öhdəliyini yerinə yetirmir”,- deyə Mnatsakanyan bildirdi.

Daha çox göstər
Back to top button